Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib - QƏRAR

Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib - QƏRAR

RƏSMİ
304

2026-cı il mayın 25-i saat 00:00-dan etibarən Azərbaycan və Gürcüstan arasında dəmiryol nəqliyyatı vasitəsilə sərnişin giriş-çıxışına icazə veriləcək.

Fins.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikası vətəndaşları, eləcə də Azərbaycana vizasız giriş hüququ olan xarici ölkə vətəndaşları dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan və Gürcüstan arasında sərbəst hərəkət edə biləcəklər.

Sənədə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Azərbaycan Dəmir Yolları qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həll etməlidirlər.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 2026-cı il mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.

Azərbaycan Dəmir Yolları və Gürcüstan Dəmir Yolları arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün fəaliyyət göstərəcək.

Məlumata görə, qatar Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşən qatar növbəti gün saat 06:24-də Bakıya çatacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Gürcüstana giriş-çıxışına icazə verilib - QƏRAR — Fins.az — Fins.az