Azərbaycan ilə bir sıra ölkələr arasında ikitərəfli viza sazişləri qüvvəyə minib

Azərbaycan ilə bir sıra ölkələr arasında ikitərəfli viza sazişləri qüvvəyə minib

RƏSMİ
398

Fins.az - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatına əsasən, 2025-ci ildə bir sıra ikitərəfli müqavilələr çərçivəsində Azərbaycan vətəndaşlarının viza tələbindən azad edilməsi həyata keçirilib.

  • Ümumvətəndaş, xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejim: Fici və Antiqua və Barbuda.

  • Xidməti və diplomatik pasport sahibləri üçün vizasız rejim: Benin, Dominikan, Bangladeş, Bahama adaları, Tailand, Nepal, Qvatemala.

  • Ümumvətəndaş pasport sahibləri üçün vizasız rejim: Oman, İordaniya, Peru, Kolumbiya, Malayziya, Çin Xalq Respublikasının Hong-Konq və Makau Xüsusi İnzibati regionları.

  • Xidməti pasport sahibləri üçün vizasız rejim: Kamboca.

Bu tədbirlər Azərbaycan və digər ölkələr arasında turizm, ticarət və diplomatik əlaqələrin inkişafına töhfə verir və vətəndaşların beynəlxalq səfər imkanlarını genişləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ilə bir sıra ölkələr arasında ikitərəfli viza sazişləri qüvvəyə minib — Fins.az — Fins.az