
Azərbaycan və ƏİT investisiya mühiti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Fins.az - Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OƏСР) əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.
Məlumata görə, görüş Azərbaycan İqtisadiyyat Nazirliyinin nazir müavini Səməd Başırlının və OƏСР Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Uilyam Tompsonun iştirakı ilə baş tutub.
Görüşdə Azərbaycan və OƏСР arasında yeni fəaliyyət sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə iqtisadi islahatlar, investisiya mühiti, dayanıqlı inkişaf və institusional potensialın gücləndirilməsi üzrə birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.