AMEA Naxçıvan bölməsinin sədri vəzifəsi Akademiyanın vitse-prezidentinə bərabər tutulacaq

AMEA Naxçıvan bölməsinin sədri vəzifəsi Akademiyanın vitse-prezidentinə bərabər tutulacaq

RƏSMİ
870

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədrinin hüquqi statusu müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində edilən dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən, Naxçıvan bölməsinin sədri, vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur.

Akademiyanın ümumi yığıncağında seçilmiş Naxçıvan bölməsinin sədrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin vəzifəyə təsdiq edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMEA Naxçıvan bölməsinin sədri vəzifəsi Akademiyanın vitse-prezidentinə bərabər tutulacaq — Fins.az — Fins.az