
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Prezident İlham Əliyev Albert Mustafayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
A. Mustafayev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.