
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
Yelo Bank ölkədə dövlət-özəl dialoqunun inkişafına verdiyi dəstəyə görə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən xüsusi fəxri fərmanla təltif edilib.
Mükafatı ASK-nın Baş katibi Ziya Hacılı Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyevə təqdim edib.
Təqdimat mərasimi çərçivəsində bankda keçirilən rəsmi görüşdə Konfederasiyanın son bir ildə dövlət-özəl dialoqu istiqamətində gördüyü işlərə dair təqdimat dinlənilib. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri və real sektorun dəstəklənməsi üçün yeni ortaq layihə imkanları ətrafında səmərəli müzakirələr aparılıb.
Yelo Bank real sektorun, xüsusilə kiçik və orta sahibkarlığın (KOB) inkişafını hər zaman prioritet hesab edir və ölkədə biznes ekosisteminin gücləndirilməsi istiqamətində tərəfdaş qurumlarla aktiv əməkdaşlığını davam etdirir.
Mikro kredit lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
