SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!

SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!

PR
267

SİMA rəqəmsal imza “Birbank Biznes” mobil tətbiqinə inteqrasiya olunub.

Artıq fərdi sahibkarlar “SİMA İmza” vasitəsilə “Birbank Biznes” tətbiqində qeydiyyatdan keçə, onlayn şəkildə hesab yarada, mövcud hesablarına daxil olaraq bank əməliyyatlarını məsafədən idarə edə bilərlər.

“SİMA İmza”nın onlayn şəkildə əldə olunması və “Birbank Bizbes” daxilində sənədləşmə proseslərinin rəqəmsal formada həyata keçirilməsi istifadəçilərə biznes proseslərini daha çevik və təhlükəsiz idarə etməyə imkan verir. Hər hansı xidmət ofisinə getməyə ehtiyac qalmadığı üçün vaxt və resurs itkisi minimuma endirilir.

Qeyd edək ki, SİMA fərdi sahibkarlar üçün istənilən vaxt, istənilən yerdən əldə oluna bilən müasir və etibarlı biznes imzası təqdim edir. İmzanı mobil tətbiqi yükləyib qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində almaq mümkündür. Sahibkarlar 6AYPULSUZ promokodu vasitəsilə SİMA rəqəmsal imzadan ilk 6 ay müddətində tamamilə ödənişsiz istifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! — Fins.az — Fins.az