
Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyası
Risklərin idarə edilməsi üzrə mütəxəssis
İş şəraiti:
· Əmək haqqı: 1000-1500 AZN ;
· İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00;
· İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
· Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və effektiv şəkildə icrasını təmin etmək;
· Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasını həyata keçirmək;
· Risklərin idarə olunması üzrə siyasət, prosedur və metodologiyaların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsində iştirak etmək;
· Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərini qurmaq və davamlı nəzarəti təmin etmək;
· Risk limitlərini müəyyən etmək, onların icrasına nəzarət etmək və müvafiq nəzarət mexanizmlərini tətbiq etmək;
· AML/CFT və digər normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində iştirak etmək;
· Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsini həyata keçirmək və rəy vermək;
· Daxili Audit və Komplayens bölmələri ilə effektiv əməkdaşlığı təmin etmək;
· Rəhbərlik üçün mütəmadi risk hesabatları hazırlamaq və təqdim etmək.
Namizədə tələblər:
· Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahələr üzrə ali təhsil;
· Risklərin idarə olunması, bankçılıq və ya FinTech sahəsində minimum 2 il iş təcrübəsi;
· Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə nəzəri və praktiki biliklər;
· Güclü analitik düşünmə, problemlərin həlli və strateji qərarvermə bacarığı;
· Maliyyə modelləşdirilməsi və risk analiz alətləri ilə işləmək təcrübəsi;
· MS Excel, SQL, Power BI və ya digər BI alətləri üzrə biliklər;
· Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər üstünlük hesab olunur;
· Məsuliyyətli, detallara diqqətli və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
