"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

PR
139

Tenderin adı: Arxiv əsaslı saxlanma (storage) sisteminin alınması  

Tenderin elan tarixi:  03.06.2026

Tenderin son tarixi:   10.06.2026, saat 17:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

·        İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

·        İşin icra müddəti qeyd edilməsi mütləqdir

·        Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

 Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

·        Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

·        Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

·        Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

·        Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

·        Şirkətin son 1 ildəki maliyyə hesabatı – rəsmi (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

·        Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında arayış-rəsmi(son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

Ø Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014,  Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR — Fins.az — Fins.az