"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib

"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib

PR
298

30 iyun tarixində Türkiyənin Ankara şəhərində PAŞA Həyat Sığorta və İrs nəşriyyat evinin növbəti kitab təqdimatı tədbiri baş tutub. Layihə çərçivəsində nəşr olunan "Azərbaycan Yeni dönəm" adlı kitab türkdilli oxuculara təqdim edilib.

Bu nəşr artıq layihə çərçivəsində türk dilində işıq üzü görən 6-cı kitab olmaqla, Azərbaycan və Türkiyə arasında elm, təhsil və mədəni əməkdaşlığın inkişafına, eləcə də Azərbaycan müəlliflərinin və intellektual irsinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

Milli kitabxanada keçirilən təqdimatda PAŞA Həyat Sığorta-nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, İrs nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı,  Azərbaycanın Türkiyədəki səfiri, akademik ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak edərək nəşrin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

"PAŞA Həyat Sığorta" təhsil, elm və mədəniyyət sahələrində təşəbbüslərin dəstəklənməsini korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biri hesab edir və bu sahədə layihələrin davamlı icrasına töhfə verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...