
PAŞA Bank sahibkarlar üçün yeni Ticarət Krediti məhsulunu təqdim edib
Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank yeni təşəbbüslərini davam etdirir.
Belə ki, Bank tədarükçülərdən mal alan sahibkar və hüquqi şəxslər üçün yeni Ticarət Krediti məhsulunu istifadəyə verib. Məhsul müştərilərə əlavə təminat tələbi olmadan, aylıq annuitet ödəniş cədvəli ilə tədarükçü ödənişlərini maliyyələşdirmək imkanı yaradır.
Ticarət Krediti 250 000 AZN-dək məbləğdə, 12 aya qədər müddətə verilir. Müştəri kredit üzrə hər ay sabit məbləğdə ödəniş edir, bu da pul axınının planlanmasını əhəmiyyətli dərəcədə asanlaşdırır.
Ticarət Krediti məhsul üzrə müştərilər Banka gəlmədən, onlayn kanallar vasitəsilə bütün prosesi həyata keçirə bilərlər. Kredit təsdiqləndiyi halda rəsmiləşdirmə prosesi cəmi 1 saat ərzində tamamlanır.
Məhsul haqqında daha ətraflı məlumat əldə etmək və müraciət üçün bu linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli ilə çıxış edir. Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı KOS bankı" adına layiq görülüb.