PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib

PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib

PR
316

PAŞA Bankın İdarə Heyətinin Sədr müavini Bəhruz Nağıyev 29 iyun tarixində PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən “INMerge Berlin” çərçivəsində beynəlxalq maliyyə əməkdaşlığı və investisiya əlaqələrinin gələcəyinə həsr olunmuş panel müzakirəsində iştirak edib.

“Etimad dəhlizləri: Avropa və inkişaf etməkdə olan bazarlar arasında maliyyə körpülərinin yenidən qurulması” adlı sessiyada digər iştirakçılar qismində “KfW IPEX-Bank”ın Biznesin İnkişafı üzrə direktoru Yekaterina Galitsina, “ODDO BHF”nin İdarəedici direktoru və Beynəlxalq Bankçılıq Satışları üzrə rəhbəri Zuzana Franz, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Baş strategiya direktoru Rza Əliyev iştirak ediblər.

Panel çərçivəsində investor etimadının gücləndirilməsi, investisiya axınlarının təşviqi və beynəlxalq tərəfdaşlıqların iqtisadi inkişafın sürətləndirilməsində rolu geniş müzakirə olunub. Ekspertlər həmçinin maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, dəyişən qlobal iqtisadi mühitdə maliyyə institutlarının transformasiya olunan rolu və yeni əməkdaşlıq mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı institusional etimadın və dayanıqlı əməkdaşlıq mexanizmlərinin müxtəlif bazarlar arasında daha güclü maliyyə körpülərinin qurulması və uzunmüddətli iqtisadi dəyərin yaradılması üçün əsas amillərdən biri olduğu vurğulanıb.

Qeyd edək ki, “INMerge Berlin” tədbiri Avropa və Mərkəzi Avrasiya regionları üzrə investisiya, tərəfdaşlıq və bazar genişlənməsi imkanlarını müzakirə etmək məqsədilə təsisçiləri, investorları, korporativ innovasiya liderlərini, rəhbərləri, startapları, vençur kapitalı nümayəndələrini və texnologiya ekosisteminin aparıcı iştirakçılarını bir araya gətirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
PAŞA Bank “INMerge Berlin”də beynəlxalq maliyyə əməkdaşlığı üzrə müzakirələrdə iştirak edib — Fins.az — Fins.az