Norm Ustalar Klubunun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər

Norm Ustalar Klubunun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər

PR
222

Norm Ustalar Klubu üzvlərinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təltifetməsi həyata keçirilib.

Tədbirdə qeyri-formal və informal təhsilin tanınması üzrə imtahanlara cəlb olunan və hər iki mərhələni uğurla tamamlayan 24 ustaya “İnşaat ustası” ixtisasını təsdiq edən sertifikatlar təqdim olunub. Sertifikatların təqdimetmə mərasimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inzibati binasında keçirilib və tədbirdə agentliyin idarə heyətinin sədri Tural Əhmədov və Norm şirkətinin Maliyyə və strategiya üzrə baş icraçı direktorunun müavini Elvin Mirzəyev də iştirak ediblər.

Çıxışlar zamanı TKTA ilə Norm arasında imzalanmış Əməkdaşlıq Memorandumunun uğurla icra olunduğu, əməkdaşlığın ildən-ilə genişləndiyi vurğulanıb. Qeyd edilib ki, artıq ikinci dəfə təşkil olunan sertifikatlaşdırma prosesi və bu il daha çox ustanın proqrama cəlb edilməsi tərəfdaşlığın davamlı inkişafının göstəricisidir.

Tədbirdə qeyri-formal və informal təhsilin tanınmasının peşəkar bacarıqların rəsmi şəkildə təsdiqlənməsindəki rolu, bu istiqamətdə ölkədə həyata keçirilən işlər və beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Daha sonra ustaların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və mərasimin sonunda sertifikatlar sahiblərinə təqdim edilib.

Norm və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında əməkdaşlığın gələcək dövrdə də genişləndirilməsi və müxtəlif istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Norm Ustalar Klubunun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər — Fins.az