Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi

Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi

PR
271

Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2025-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib.

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib.

Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın güclü kapital mövqeyi, sabit gəlirlilik, sağlam likvidlik mövqeyi və sabit depozit portfeli ilə əlaqələndirir.

Agentlik Bankın orta aktivlərinin gəlirliliyinin (ROA) 2 %-dən yuxarı səviyyədə olmasını müsbət qiymətləndirir və bildirir ki, son üç ildə Bank yüksək xalis faiz marjası, kredit ehtiyatları və effektiv xərc idarəçiliyi sayəsində dayanıqlı gəlirlilik nümayiş etdirib.

Hesabatda qeyd edilir ki, Ba3 səviyyəli uzunmüddətli yerli və xarici valyutada depozit reytinqi üzrə stabil proqnoz Bankın kredit göstəricilərinin növbəti 12–18 ay ərzində ümumilikdə sabit qalacağına dair gözləntiləri əks etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi — Fins.az — Fins.az