
Baş Mühəndis vakansiyası
Baş Mühəndis
Vəzifə öhdəlikləri:
Müəssisənin emal sahəsinin, istehsalat avadanlıqları və aqreqatlarının fasiləsiz və səmərəli fəaliyyətinə rəhbərlik etmək;
İstehsalat və emal proseslərinin ardıcıllığını təmin etmək, proseslərdə yarana biləcək fasilələrin qarşısını almaq;
Müəssisənin texniki siyasətinin hazırlanması və inkişaf perspektivlərinin müəyyən edilməsində iştirak etmək;
İstehsalatın texniki hazırlıq səviyyəsinin artırılması, texnoloji yeniliklərin tətbiqi və istehsal səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;
Maddi, maliyyə və əmək resurslarından səmərəli istifadəni təmin etmək, istehsal xərclərinin optimallaşdırılmasına nəzarət etmək;
Buraxılan məhsulların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək və keyfiyyətin davamlı təkmilləşdirilməsi üzrə tədbirlər görmək;
Təmir və profilaktik baxış dövrlərində avadanlıqların texniki sazlığını yoxlamaq və istismara hazırlığını təmin etmək;
Texnoloji intizama, əməyin mühafizəsi, SƏTƏM, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət olunmasına nəzarət etmək;
Texniki sənədlərin və hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək;
Növbəli iş rejiminin təşkilini həyata keçirmək, işçi heyətinin əmək intizamına və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
Tabeliyində olan əməkdaşların seçilməsi, qiymətləndirilməsi və peşəkar inkişafında iştirak etmək;
İstehsalat proseslərinin optimallaşdırılması və texniki təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və tətbiq etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər:
Kənd təsərrüfatı mühəndisliyi, Mexanika mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
Kənd təsərrüfatı və ya istehsalat sahəsində minimum 7–10 il mühəndislik təcrübəsi;
Texniki layihələndirmə proqramlarında (AutoCAD, SolidWorks və s.) sərbəst işləmək bacarığı;
Kənd təsərrüfatı texnikası, istehsalat avadanlıqları və onların iş prinsipləri üzrə dərin biliklər;
Layihələrin idarə olunması, planlaşdırma və büdcələşdirmə sahəsində praktiki təcrübə;
İrrigasiya, su təchizatı, torpaqşünaslıq və müvafiq mühəndis sistemləri üzrə biliklər;
Böyük texniki komandaların idarə olunması və mürəkkəb layihələrin uğurla icrası üzrə təcrübə;
Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
Texniki standartlar, SƏTƏM və təhlükəsizlik qaydaları üzrə yüksək səviyyədə bilik;
Hesabatların hazırlanması, təqdimat və effektiv ünsiyyət bacarıqları;
Dəyişən iş şəraitinə çevik uyğunlaşma və innovativ yanaşma;
Peşəkar mühəndislik sertifikatlarının olması üstünlük hesab olunur.
Biz təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Korporativ təlim və inkişaf proqramlarında iştirak imkanı;
Uzunmüddətli və perspektivli əməkdaşlıq.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
