“Meqa Həyat Sığorta” 5 milyon manat sığorta haqqı toplayıb

“Meqa Həyat Sığorta” 5 milyon manat sığorta haqqı toplayıb

MÜSAHİBƏ
422

2025-ci ilin yanvar-aprel aylarında “Meqa Həyat Sığorta” ASC 5 milyon 35 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 318 min manat və ya 85% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-aprel aylarında şirkət 2 milyon 717 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında 1 milyon 285 min manat sığorta ödənişi həyata keçirilib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 235 min manat və ya 25,7 dəfə artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri cəmi 50 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Meqa Həyat Sığorta” 5 milyon manat sığorta haqqı toplayıb — Fins.az — Fins.az