Bank of America: Böyük texnologiya şirkətlərinin dominansı sona çata bilər

Bank of America: Böyük texnologiya şirkətlərinin dominansı sona çata bilər

MÜSAHİBƏ
638

Finss.az - Bank of America (BofA) analitikləri S&P 500 indeksində böyük texnologiya şirkətlərinin onilliklərdir davam edən üstünlüyünün sona yaxınlaşdığını bildirir. Kiçik və orta kapitalizasiyalı şirkətlər bazarda liderliyə iddia edə bilər.

BofA-nın ABŞ aksiyaları və kvant strategiyaları üzrə rəhbəri Savita Subramanian qeyd edir ki, son on ildə S&P 500-də 50 ən böyük şirkət indeksi 73 faiz bəndi üstələyib. Analitiklərə görə, oxşar vəziyyət 1990-cı illərin sonunda, dotkom böhranından əvvəl müşahidə olunub.

“Əgər növbəti addım Fed-in faiz endirimi olarsa və bazar modeli bərpa fazasına keçərsə, bu böyük şirkətlərin üstünlüyü sona çata bilər,” – deyə Subramanian bildirib.

Son onillikdə məkakapların üstünlüyü əsasən yüksək gəlir və güclü bazar mövqeyinə sahib texnologiya nəhəngləri ilə bağlı olub. Bu qrupda Microsoft, Apple, Amazon, Alphabet, Meta * və Palantir kimi şirkətlər AI sahəsindəki böyümə mövzusuna bağlıdır.

Bununla belə, son həftələr bazarda kiçik şirkətlərin yüksəlişi müşahidə olunur. Russell 2000 indeksi avqustda təxminən 6% artıb, S&P 500 isə eyni dövrdə yalnız 3,5% yüksəlib. Bu, bazarda rotasiyanın başladığını göstərir.

Analitiklər qeyd edir ki, Fed siyasətində yumşalma məkakapların üstünlüyünü zəiflətmiş, inflyasiya isə S&P 500-də böyüməni genişləndirməkdə rol oynaya bilər. Bazar iştirakçıları diqqətini indi yalnız böyük texnologiya şirkətlərinə deyil, həm də kiçik və orta kapitalizasiyalı şirkətlərə yönəldirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank of America: Böyük texnologiya şirkətlərinin dominansı sona çata bilər — Fins.az — Fins.az