Bank of Baku-da departamentlərə yeni təyinatlar var

Bank of Baku-da departamentlərə yeni təyinatlar var

PR
185

Fins.az - “Bank of Baku” ASC-də rəhbər vəzifələrə yeni təyinatlar elan edilib. Müvafiq qərarlarla bankın 5 əsas departamentinə direktorlar təyin olunub.

Maliyyə departamentinin direktoru – Ağamusa Məmmədov

Bankın Maliyyə departamentinin direktorunun müavini və Baş mühasibi Ağamusa Məmmədov Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib. Peşəkar fəaliyyətinə 2008-ci ildə Bank of Baku-da kiçik mütəxəssis olaraq başlayan Ağamusa Məmmədov bankda şöbə müdiri, baş mühasib, departament direktorunun müavini vəzifələrinə qədər yüksəlib. Ağamusa Məmmədov 2003-2008-ci illərdə Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.

Ağamusa-Məmmədov.jpg

Ödəniş sistemləri departamentinin direktoru – Tamerlan Rüstəmov

Növbəti təyinat Ödəniş sistemləri departamentində baş verib. 2020-ci ildən etibarən sözügedən departamentin direktor müavini olaraq çalışan Tamerlan Rüstəmov artıq departament direktoru vəzifəsini icra edəcək. Tamerlan Rüstəmov “Debut” KB ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistratura pillələri üzrə təhsil alıb. Hazırda Doktorantura təhsilini davam etdirir.

Tamerlan-Rüstəmov.jpg

Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru – Ceyhun Aydınov

Ceyhun Aydınov isə Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru vəzifəsinə təyin edilib. O, peşəkar iş fəaliyyətinə 2010-cü ildə, Bank of Baku-dakı iş fəaliyyətinə isə 2023-cü ildə Kredit riskləri şöbəsinin rəhbəri olaraq başlayıb. 2025-ci ildən sonuncu təyinata qədər Risklərin idarə edilməsi və nəzarət departamentinin direktor müavini olaraq çalışıb. Ceyhun Aydınov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr, 2019-2022-ci illərdə İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr təhsili alıb.

Ceyhun-Aydinov.jpg

KOB Bankçılıq departamentinin direktoru – Ceyhun Baloğlanov

Bank of Baku-nun KOB Bankçılıq departamentinin 1-ci filial qrupu şöbəsinin müdiri Ceyhun Baloğlanov bankdakı fəaliyyətinə eyni departamentin direktoru olaraq davam edəcək. Qeyd edək ki, iş fəaliyyətinə 2013-cü ildə başlayan Ceyhun Baloğlanov 2024-cü ildən bəri Bank of Baku-da çalışır. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit üzrə bakalavr təhsili alıb.

Ceyhun-Balaoglanov.jpg

İT infrastrukturunun idarə edilməsi departamenti direktoru – Sabit Nəsirov

Bank of Baku-da İT infrastrukturunun idarə edilməsi departamentinin Serverlərin və saxlanc sistemlərinin idarə edilməsi şöbəsinin müdiri Sabit Nəsirov həmin departamentin direktoru təyin edilib. Sabit Nəsirov 2010-cu ildən bəri İnformasiya texnologiyaları sahəsində çalışır, 2016-ci ildən etibarən isə müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə çalışaraq İT departamentlərinin formalaşdırılması və inkişafına dəstək göstərib. 2010-2014-cü ildə “Simon Kuznets Kharkiv National University of Economics” universitetində Maliyyə ixtisası üzrə bakalavr təhsilimi alıb.

Sabit-Nasirov.jpg

Məlumat üçün bildirək ki, Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank of Baku-da departamentlərə yeni təyinatlar var — Fins.az — Fins.az