Azərbaycanda külək enerjisi istehsalı 27,1% azalıb

Azərbaycanda külək enerjisi istehsalı 27,1% azalıb

MÜSAHİBƏ
377

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda külək elektrik stansiyalarında 21,8 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 milyon kVt-saat və ya 27,1% azalma deməkdir. 2024-cü ilin ilk yarısında ölkədə külək enerjisi istehsalı 29,9 milyon kVt-saat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ümumilikdə 1 milyard 736,7 milyon manatlıq məhsul və xidmət göstərilib.

Bundan əlavə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın həcmi 312,9 milyon manat olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda külək enerjisi istehsalı 27,1% azalıb — Fins.az — Fins.az