Azərbaycanda
əmlakın yanğından və digər risklərdən sığorta: yığımlar artıb, ödənişlər kəskin azalıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığorta: yığımlar artıb, ödənişlər kəskin azalıb

MÜSAHİBƏ
431

Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər isə kəskin azalıb.

Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü il ərzində bu sığorta növü üzrə 88 milyon 953 min manat sığorta haqqı toplanıb. Bu, 2023-cü illə müqayisədə 14 milyon 25 min manat və ya 19% çoxdur. 2023-cü ildə isə bu göstərici 74 milyon 928 min manat təşkil edib.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər cəmi 3 milyon 769 min manat olub ki, bu da ötən illə müqayisədə 71 milyon 646 min manat və ya 20 dəfə azdır. Müqayisə üçün, 2023-cü ildə sığorta ödənişləri 75 milyon 415 min manat idi.

Ödənişlərin kəskin azalması bu sığorta növünün zərərliliyini də ciddi şəkildə aşağı salıb. Belə ki, 2024-cü ilin hesabat dövründə zərərlilik göstəricisi cəmi 4% təşkil edib. Bu, əvvəlki illə müqayisədə 96% azalma deməkdir. 2023-cü ildə isə bu göstərici 101% idi.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığorta: yığımlar artıb, ödənişlər kəskin azalıb — Fins.az — Fins.az