Avropa fond bazarları enişlə bağlandı

Avropa fond bazarları enişlə bağlandı

MÜSAHİBƏ
612

Finss.az - Qərbi Avropanın aparıcı fond indeksləri bazar ertəsi ticarəti cüzi enişlə başa vurdu.

Treyderlər Avrozonadakı iqtisadi aktivliklə bağlı açıqlanan məlumatları dəyərləndirir, eləcə də ABŞ prezidenti Donald Trampın idxal rüsumları ilə bağlı mümkün "elastiklik" barədə bəyanatını izləyirdilər.

Avropanın iri şirkətlərini özünə daxil edən Stoxx Europe 600 indeksi günü 0,1% azalma ilə 548,93 bənd səviyyəsində bağladı. Digər aparıcı indekslər də gerilədi:

  • FTSE 100 (Britaniya): -0,1%

  • DAX (Almaniya): -0,17%

  • CAC 40 (Fransa): -0,26%

  • FTSE MIB (Italiya): -0,16%

  • IBEX 35 (Ispaniya): -0,2%

HCOB S&P Global tərəfindən hesablanan Avrozona Satınalma Menecerləri Indeksi (PMI) mart ayında 50,4 bəndə yüksəldi. PMI-nin 50-dən yuxarı olması iqtisadi aktivliyin artdığını göstərir.

Fond bazarında Bayer AG-ın səhmləri (-6,9%) ən çox dəyər itirən kağzlar arasında idi. Şirəkət Monsanto tərəfindən istehsal edilən Roundup herbisidi ilə bağlı məhkəmə davasında 2 milyard dollar cəriməyə məhkum edildi.

Ən çox dəyər qazanan səhmlər arasında Carl Zeiss Meditec (+5,2%), Aurubis AG (+4,1%) Renault SA (+4,4%) yer aldı.

Ubisoft Entertainment şirkətinin səhmləri 7,8% bahalaşdı. Yeni buraxılan "Assassin's Creed Shadows" oyunu çıxışdan bir həftə sonra 2 milyon oyunçu topladı.

Böyük Britaniyanın S4 Capital şirkətinin səhmləri 5,6% artdı. Onlayn reklam şirkəti ilk dəfə dividend ödənişi elan etdi və borc göstəricilərini azaltdığını bildirdi.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa fond bazarları enişlə bağlandı — Fins.az — Fins.az