
Yeni nəsil internet texnologiyaları biznesin inkişafını dəstəkləyir
Fins.az - Azerconnect Group intensiv rəqəmsallaşma prosesləri fonunda ölkənin İKT və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətlərə ehtiyaclarına uyğun müxtəlif növ xidmətlər təqdim edir.
Şirkətin məlumatına görə, korporativ müştəriləri sırasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, həmçinin İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər yer alır.
Məlumata əsasən, şirkət ən yüksək standartlara cavab verən etibarlı internet həlləri təqdim etməyə sadiqdir. Qeyd olunub ki, əsas məqsəd sürətlə rəqəmsallaşan dünyada həm fərdi, həm də korporativ müştərilərin uğur qazanmasına dəstək olmaqdır.