Yaponiya şirkəti Azərbaycanda daha iki tütünqurutma müəssisəsi açacaq

Yaponiya şirkəti Azərbaycanda daha iki tütünqurutma müəssisəsi açacaq

IKT
548

Yaponiyanın "TET International Development" şirkəti Azərbaycanda bu il daha iki tütünqurutma müəssisəsi açacaq. Yeni tütün müəssisələrinin açılışı iyulun 9-da Tovuzda, 12-də isə Zaqatalada baş tutacaq.

Bunu şirkətinin direktoru Taro Savada Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2017-ci ildən Azərbaycanda biznes imkanlarını araşdırır ki, bunun nəticəsində artıq bir neçə rayonda tütünçülük sahəsində fəaliyyətdədir.

Qeyd edək ki, Yaponiya şirkəti tərəfindən 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsi açılıb.

 
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya şirkəti Azərbaycanda daha iki tütünqurutma müəssisəsi açacaq — Fins.az — Fins.az