Süni intellekt aqrar idarəetmədə yeni düşüncə modelidir - Məcnun Məmmədov

Süni intellekt aqrar idarəetmədə yeni düşüncə modelidir - Məcnun Məmmədov

IKT
406

Süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi təkcə texnoloji yenilik deyil, həm də kənd təsərrüfatının idarə edilməsində yeni düşüncə modelinin formalaşması deməkdir.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın süni zəka və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində görülən işlər aqrar sektor üçün də yeni imkanlar yaradır.

Məmmədov qeyd edib ki, növbəti mərhələdə əsas məqsəd süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, mövcud modulları inkişaf etdirmək və onların fermerlər üçün daha əlçatan olmasını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Süni intellekt aqrar idarəetmədə yeni düşüncə modelidir - Məcnun Məmmədov — Fins.az — Fins.az