Son 10 ildə heyvandarlıq məhsullarının istehsalı 1,6 dəfə artıb

Son 10 ildə heyvandarlıq məhsullarının istehsalı 1,6 dəfə artıb

IKT
608

Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən cari ilin yanvar-may aylarında heyvandarlıq təsərrüfatı sahəsinə 6 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 55,8% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk beş ayında quşçuluğun və arıçılığın inkişafına, ümumilikdə 346 min manat kredit verilib. Bu, 2020-ci ilin müvafiq göstəricisini 24,9% üstələyir.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,9% artaraq 9 788,4 ton, süd istehsalı 1,6% artaraq 37 521 ton, yumurta istehsalı 12% artaraq 55 973,6 min ədəd təşkil edib.

2021-ci ilin yanvar-may aylarında 52,27 mln. manatdan çox heyvandarlıq məhsulları istehsal edilib ki, bu göstərici son 10 ildə 63,3% artıb.

© APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Son 10 ildə heyvandarlıq məhsullarının istehsalı 1,6 dəfə artıb — Fins.az — Fins.az