Siri daha ağıllı olur: Apple yeni süni intellekt imkanlarını açıqlayıb

Siri daha ağıllı olur: Apple yeni süni intellekt imkanlarını açıqlayıb

IKT
243

Amerikanın Apple Inc. şirkəti illik Ümumdünya Tərtibatçılar Konfransı (WWDC) çərçivəsində Siri səs köməkçisinin süni intellekt əsaslı yeni versiyasını təqdim edib.

Şirkətin açıqlamasına görə, Google ilə əməkdaşlıq çərçivəsində hazırlanmış yeni Siri versiyası daha mürəkkəb sualları cavablandırmaq və istifadəçi tapşırıqlarını yerinə yetirmək üçün fərdi məlumatlardan istifadə edə biləcək.

Təqdimat zamanı Apple rəhbərliyi Siri-nin konsert biletlərinin alınması, tədbirlərin planlaşdırılması, fotoşəkillərdə obyektlərin müəyyən edilməsi və həmin obyektlərlə qarşılıqlı əlaqə qurulması kimi funksiyalarını nümayiş etdirib.

Yeni versiyada Siri-nin görünüşü, səsi, ifadə tərzi və nitq sürətinin fərdiləşdirilməsi imkanı da əlavə edilib.

Apple bildirib ki, yeni funksionallığın mövcudluğu qiymət siyasəti, coğrafi məhdudiyyətlər və cihaz texniki imkanları ilə əlaqədar fərqlənəcək.

Şirkətin baş proqram təminatı mühəndisi Kreyq Federiqi qeyd edib ki, daha güclü server resursları tələb edən bəzi funksiyalar, xüsusilə təsvir generasiyası, gündəlik istifadə limitlərinə malik olacaq.

Məlumata görə, genişləndirilmiş imkanlara giriş iCloud+ abunəliyinə daxil edilə bilər.

Ən qabaqcıl funksiyalar isə yalnız ən yeni çiplərə sahib iPhone, iPad və Mac cihazlarında istifadəyə açılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Siri daha ağıllı olur: Apple yeni süni intellekt imkanlarını açıqlayıb — Fins.az — Fins.az