
“SİMA İmza” 5 milyondan çox istifadəçi ilə rəqəmsal xidmətləri asanlaşdırır
Mobil tətbiq vasitəsilə işləyən SİMA İmza istifadəçilərə əlavə cihazlara ehtiyac olmadan istənilən yerdən elektron xidmətlərdən istifadə imkanı yaradır. Sistem hazırda dövlət və özəl sektora aid 1000-dən çox xidmətə çıxışı təmin edir və 100-dən artıq qurumla tərəfdaşlıq edir.
Məlumata görə, SİMA İmza tam ödənişsiz təqdim olunur və istifadəçilərə həm vaxt, həm də maliyyə baxımından qənaət imkanı yaradır. Qeydiyyat prosesinin sürətli olması və istifadənin rahatlığı sistemin əsas üstünlükləri kimi göstərilir.
Hazırda 5 milyondan çox istifadəçi mobil tətbiqi aktiv şəkildə istifadə edərək rəqəmsal xidmətlərə daha asan çıxış əldə edir.