Rəşad Nəbiyev texnologiya şirkəti Scale AI ilə görüş keçirib

Rəşad Nəbiyev texnologiya şirkəti Scale AI ilə görüş keçirib

IKT
404

Fins.az - Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması barədə fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəşad Nəbiyev texnologiya şirkəti Scale AI ilə görüş keçirib — Fins.az — Fins.az