Rəşad Nəbiyev texnologiya nəhəngi Palantir Technologies ilə görüş keçirib

Rəşad Nəbiyev texnologiya nəhəngi Palantir Technologies ilə görüş keçirib

IKT
391

Fins.az - Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəşad Nəbiyev texnologiya nəhəngi Palantir Technologies ilə görüş keçirib — Fins.az — Fins.az