Rəqəmsal inkişaf sahəsində Azərbaycan Qafqazda liderdir - Saməddin Əsədov

Rəqəmsal inkişaf sahəsində Azərbaycan Qafqazda liderdir - Saməddin Əsədov

IKT
425

Azərbaycan hökuməti süni intellektə hazırlıq indeksi üzrə 195 ölkə arasında artıq 70-ci yerdədir.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan həm Mərkəzi Asiyada orta göstəricidən yüksək səviyyədə, həm də Qafqaz regionunda lider mövqedədir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının elektron hökumət inkişaf indeksi üzrə ölkəmiz artıq yüksək inkişaf etmiş ölkələr kateqoriyasına daxil olub.

Saməddin Əsədov qeyd edib ki, qarşıdakı əsas hədəf bu dinamikanı qorumaq və süni intellekti dayanıqlı inkişaf, rəqabətqabiliyyətli iqtisadiyyat və səmərəli dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir.

Rəqəmsal transformasiya sahəsində görülən işlər, həmçinin dövlət xidmətlərinin səmərəliliyini artırmaq və yerli startap ekosisteminin inkişafına təkan vermək məqsədi daşıyır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rəqəmsal inkişaf sahəsində Azərbaycan Qafqazda liderdir - Saməddin Əsədov — Fins.az — Fins.az