Qazaxıstan rəqəmsal transformasiya və AI sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Qazaxıstan rəqəmsal transformasiya və AI sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

IKT
490

Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edərək ölkəsinin süni intellekt və rəqəmsallaşma sahəsində əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə bölüşməyə hazır olduğunu bildirib.

Fins.az xəbər verir ki, o bu fikirləri WUF13-ün Liderlər Sammitində səsləndirib və Qazaxıstanın şəhərsalma və texnoloji inkişaf strategiyalarını təqdim edib.

Baş nazir qeyd edib ki, ölkənin ən iddialı layihələrindən biri Almatı vilayətində yerləşən Alatau şəhərinin qabaqcıl şəhər inkişafı mərkəzinə çevrilməsidir.

Onun sözlərinə görə, Qazaxıstan ötən il süni intellektin təhlükəsiz, şəffaf və insan yönümlü istifadəsi üçün hüquqi baza yaradan “Süni intellekt haqqında” qanun qəbul edib.

Bektenov bildirib ki, 2026-cı ilin “rəqəmsallaşma və süni intellekt ili” elan edilməsi ölkənin texnoloji transformasiya və smart şəhər inkişafı istiqamətində strateji hədəflərini əks etdirir.

O qeyd edib ki, Qazaxıstan rəqəmsal həllər və süni intellekt sahəsində təcrübəsini beynəlxalq platformalar vasitəsilə, o cümlədən Almatıda yaradılmış BMT-nin ESCAP Dayanıqlı İnkişaf üçün Rəqəmsal Həllər Mərkəzi vasitəsilə paylaşmağa hazırdır.

Baş nazir həmçinin vurğulayıb ki, yeni Konstitusiya ətraf mühitin qorunmasını dövlətin fundamental dəyərləri sırasına daxil edib və bu, dayanıqlı inkişaf siyasətini gücləndirir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir və forum qlobal şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf üzrə beynəlxalq dialoq platforması rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan rəqəmsal transformasiya və AI sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir — Fins.az — Fins.az