Ötən il Salyanda meyvə bağlarından 4 min tondan çox meyvə tədarük olunub

Ötən il Salyanda meyvə bağlarından 4 min tondan çox meyvə tədarük olunub

IKT
917

Ötən il salyanlı bağbanlar becərdikləri 944,2 hektar meyvə bağından 4 min tondan çox məhsul tədarük ediblər.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yola saldığımız 2019-cu ildə salyanlı bağbanlar becərdikləri meyvə bağlarından 4 min 937 ton meyvə tədarük ediblər. Yığılan məhsulun 550 tonunu xurma, 3 min 267 tonunu nar, 450 tonunu heyva, 71 tonunu alma, 44 tonunu armud, 40 tonunu ərik, 75 tonunu alça, 47 tonunu şaftalı və digər meyvələr təşkil edib. Məhsul istehsalçıları, həmçinin sahələrdən 248,6 ton giləmeyvə və rayonda mövcud olan 1122,5 hektar üzüm plantasiyasından 9 min 78,1 ton üzüm yığıblar. Rayonun Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları meyvə tədarükündə xüsusilə fərqləniblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Salyanda meyvə bağlarından 4 min tondan çox meyvə tədarük olunub — Fins.az — Fins.az