Nvidia rekord mənfəət və gəlir açıqladı

Nvidia rekord mənfəət və gəlir açıqladı

IKT
1,103

ABŞ-ın qrafik prosessor istehsalçısı Nvidia Corp. 2026-cı maliyyə ilinin dördüncü rübündə mənfəətini təxminən iki dəfə artıraraq rekord gəlir əldə edib.

Rüblük mənfəət 43 mlrd. ABŞ dolları təşkil edib, bu isə hər səhm üçün 1,76 dollar deməkdir. Gəlir isə 68,1 mlrd. ABŞ dollarına çatıb, onun 91,4%-i data mərkəzləri seqmentinə aiddir.

Analitiklərin proqnozunu üstələyən nəticələr fonunda Nvidia keçən il ümumi mənfəətini və gəlirini 65% artıraraq müvafiq olaraq 120,1 mlrd. və 215,9 mlrd. ABŞ dollarına çatdırıb. Şirkət həmçinin akcionerlərə 41,1 mlrd. ABŞ dolları həcmində dividendlər və səhm alışı ilə geri ödəmə həyata keçirib.

Nvidia növbəti rübdə 78 mlrd. ABŞ dolları gəlir və 75% ümumi mənfəətlilik gözləyir. Şirkətin bazar kapitallaşması son 12 ayda 63% artaraq 4,75 trln. ABŞ dollarına çatıb və hələ də dünyanın ən dəyərli şirkəti olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nvidia rekord mənfəət və gəlir açıqladı — Fins.az — Fins.az