Nebius şirkəti Tavily startapını 275 milyon dollara alır

Nebius şirkəti Tavily startapını 275 milyon dollara alır

IKT
395

Finss.az - Arkadi Volojın təsis etdiyi Nebius şirkəti süni intellekt əsaslı axtarış agentləri üçün proqram təminatı hazırlayan Tavily startapını almaq barədə razılığa gəlib.

Bloomberg-in məlumatına görə, sövdələşmənin dəyəri 275 milyon dollar təşkil edir.

Məlumata əsasən, alışdan sonra Tavily-nin baş direktoru Rotem Vays və şirkətin komandası Nebius-un tərkibinə qatılacaq.

Nebius süni intellekt üçün hesablama gücü təqdim edən “neoklaud” şirkətlərindən biridir. Şirkət nümayəndəsi isə yayılan məlumatlarla bağlı rəsmi şərh verməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nebius şirkəti Tavily startapını 275 milyon dollara alır — Fins.az — Fins.az