
Logistika sektorunda transformasiya: rəqəmsallaşma və AI əsas rol oynayır
Logistika zəncirlərinin optimallaşdırılması bazarın bütün iştirakçıları arasında qarşılıqlı fəaliyyətin təmin edilməsini, rəqəmsal həllərin inkişafını və süni intellekt də daxil olmaqla yeni texnologiyaların mərhələli şəkildə tətbiqini nəzərdə tutan kompleks yanaşma tələb edir.
Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində SMART Solutions Group" şirkətinin təsisçisi və baş direktoru Kənan Tabasaranskii bildirib.
Onun sözlərinə görə, əsas məqsəd səmərəliliyin artırılması və təchizat zəncirlərində mövcud olan maneələrin aradan qaldırılmasıdır. K.Tabasaranski qeyd edib ki, logistika sahəsində mövcud problemlər ayrı-ayrı elementlər deyil, vahid sistemin bir hissəsi kimi qiymətləndirilməlidir.
O vurğulayıb ki, uğurlu transformasiya yalnız bütün proses iştirakçıları arasında tam koordinasiya şəraitində mümkündür. Onun sözlərinə görə, rəqəmsallaşma həm məqsədlərin ortaq şəkildə başa düşülməsini, həm də fəaliyyətlərin sinxronlaşdırılmasını tələb edir.
K.Tabasaranski əlavə edib ki, bütün maraqlı tərəflərin razılaşdırılmış fəaliyyəti vacibdir və iştirakçılar prosesin mahiyyətini eyni şəkildə anlamalıdırlar. Onun sözlərinə görə, rəqəmsal həllər texnoloji, tənzimləyici və təşkilati aspektləri nəzərə almalı və hər mərhələdə real praktiki dəyər yaratmalıdır.