Kəngərli rayonunda payızlıq taxıl əkini davam edir

Kəngərli rayonunda payızlıq taxıl əkini davam edir

IKT
643

Bakı, 16 noyabr Fins.az 

Muxtar respublikanın Kəngərli rayonunda payızlıq taxıl əkininin vaxtında və keyfiyyətli aparılması üçün işlər davam etdirilir.

Rayonda bu günədək şumlanan 3 min 960 hektar sahənin xeyli hissəsi əkin üçün hazırlanıb, bunun 2 min 990 hektarına toxum səpilib.

Təsərrüfatçılar səpində laboratoriya müayinəsindən keçirilən və dərmanlanan toxumlardan istifadəyə üstünlük verirlər. Bol məhsul yetişdirilməsi üçün əsas amillərdən olan üzvi gübrələrdən istifadə də diqqətdə saxlanılır. Əkinin mütəşəkkil keçirilməsi üçün maşın-mexanizmlərlə bağlı bütün məsələlər aradan qaldırılıb, fiziki və hüquqi şəxslərdə olan texnikalar şum və əkin işinə cəlb edilib.

©azertac

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kəngərli rayonunda payızlıq taxıl əkini davam edir — Fins.az — Fins.az