Kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır - NAZİR

Kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır - NAZİR

IKT
1,288

Kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir:

“Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan bu gün fəaliyyətə başlayan sərgi kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir”.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır - NAZİR — Fins.az — Fins.az