Karbon dioksidin saxlanması üçün yeni innovativ texnologiya hazırlanıb

Karbon dioksidin saxlanması üçün yeni innovativ texnologiya hazırlanıb

IKT
262

Fins.az - Beynəlxalq tədqiqatçılar qrupu karbon dioksidin (CO₂) yeraltı saxlanması üçün yeni texnologiya hazırlayıb. Bu yanaşma qazın tutulması və saxlanması zamanı su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Pilot layihənin nəticələrinə görə, yeni texnologiya qapalı su dövriyyəsindən istifadə edərək CO₂-nin yer qabığındakı süxurlarda minerallaşmasına əsaslanır. Bu proses nəticəsində karbon qazı sabit karbonat minerallarına çevrilir.

Ənənəvi üsullarda karbon qazı əvvəlcə suda həll edilir, sonra isə məsaməli süxurlara yeridilir. Lakin bu metod böyük həcmdə su tələb edir — CO₂ kütləsindən 20-50 dəfə çox. Bu isə xüsusilə su qıtlığı olan regionlarda tətbiqi çətinləşdirir.

Yeni texnologiya isə su istifadəsini optimallaşdıraraq karbon qazının daha səmərəli və geniş miqyasda saxlanmasına imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Karbon dioksidin saxlanması üçün yeni innovativ texnologiya hazırlanıb — Fins.az — Fins.az