İntellektual sistemlər yanğın risklərini azaldır: Neft-qaz sənayesində yeni mərhələ

İntellektual sistemlər yanğın risklərini azaldır: Neft-qaz sənayesində yeni mərhələ

IKT
104

Neft-qaz sənayesində qəza və yanğınlardan yaranan zərərlərin azaldılması məqsədilə intellektual yanğın təhlükəsizliyi sistemlərinin tətbiqi sürətlə genişlənir.

Fins.az xəbər verir ki, bu barədə “Vimal Fire Controls Pvt. Ltd.” şirkətinin Satış və Marketinq direktoru Falqun Doşi Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel sessiyada bildirib.

Onun sözlərinə görə, ənənəvi yanğından mühafizə üsulları tədricən avtomatlaşdırılmış və daha sürətli yanğın aşkarlanmasına imkan verən müasir texnologiyalarla əvəz olunur.

Falqun Doşi qeyd edib ki, sənaye sektorunda hidrantlar, su monitorları və əl ilə söndürmə vasitələrindən avtomatik yanğın aşkarlama sistemlərinə, intellektual yanğınsöndürmə həllərinə, uzaqdan idarəetmə sistemlərinə, termal görüntüləmə monitorinqinə və pilotsuz müşahidə texnologiyalarına keçid müşahidə olunur.

Onun sözlərinə görə, bu transformasiyanın əsas məqsədi yanğınların daha tez aşkarlanması, fövqəladə hallara reaksiya müddətinin azaldılması və obyektlərə, eləcə də ətraf mühitə dəyən zərərin minimuma endirilməsidir.

Falqun Doşi vurğulayıb ki, neft-qaz infrastrukturunda LNG terminalları, neft-kimya kompleksləri, dəniz platformaları, rezervuar parkları və neft bazaları yanğın riskinə ən həssas obyektlər arasında yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İntellektual sistemlər yanğın risklərini azaldır: Neft-qaz sənayesində yeni mərhələ — Fins.az — Fins.az