
Fevralda Azərbaycanda internetin median sürəti artıb
Fins.az - Qlobal şirkət “Ookla” fevral ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib. Məlumata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s olub.
Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internetin sürəti 1,39 Mb/s və ya 1,55 faiz, mobil internetin sürəti isə 2,32 Mb/s və ya 2,50 faiz yüksəlib.
Artım ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, elektron xidmətlərə tələbatın artması, həmçinin distant iş və təhsil imkanlarının genişlənməsi ilə əlaqələndirilir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini göstərir.