Dövlət qurumlarının rəqəmsal transformasiyasında “Hökumət Buludu”nun rolu artır

Dövlət qurumlarının rəqəmsal transformasiyasında “Hökumət Buludu”nun rolu artır

IKT
213

Fins.az - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azerbaijan International Telecom” MMC (AzInTelecom) dövlət qurumları üçün nəzərdə tutulmuş “Hökumət Buludu” platformasının imkanları barədə məlumat verib.

Bildirilib ki, “Hökumət Buludu” dövlət orqanları və dövlətə bağlı qurumların məlumatlarının təhlükəsiz saxlanılması, idarə olunması və inteqrasiyası məqsədilə yaradılmış mərkəzləşdirilmiş bulud platformasıdır. Həll məlumatların toplanması, saxlanması, emal edilməsi və paylaşılması üçün kompleks imkanlar təqdim edir.

Məlumata görə, platforma dövlət idarəçiliyində xərclərin optimallaşdırılmasına, informasiya texnologiyaları resurslarından daha səmərəli istifadəyə və qurumlar arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradır. Bununla yanaşı, sistem yüksək təhlükəsizlik standartlarına uyğun qurulub.

Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları və Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanıb. Dövlət informasiya sistemləri və ehtiyatlarının “Hökumət Buludu”na mərhələli keçidi Nazirlər Kabinetinin təsdiq etdiyi plana əsasən həyata keçirilir.

AzInTelecom-un məlumatına əsasən, ilkin mərhələdə mövcud Data Mərkəzinin imkanlarından istifadə olunub. Növbəti mərhələdə isə əsas, ehtiyat, arxiv və test mərkəzlərini əhatə edən Milli Data Mərkəzinin yaradılması nəzərdə tutulur.

“Hökumət Buludu” infrastrukturu beynəlxalq “TIER III” sertifikatına, həmçinin ISO 20000 və ISO 27001 standartlarına uyğun qurulub. Qurumlar onlara ayrılmış İT resurslarını özünüidarəetmə platforması vasitəsilə müstəqil şəkildə idarə edə bilirlər.

Bundan əlavə, fiziki və kibertəhlükəsizlik tədbirlərinin Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə həyata keçirildiyi bildirilib. Layihənin dövlət məlumatlarının qorunması, elektron xidmətlərin inkişafı və İT xərclərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət qurumlarının rəqəmsal transformasiyasında “Hökumət Buludu”nun rolu artır — Fins.az — Fins.az