Belarusda ot yeminin 96%-dən çoxu hazırlanıb

Belarusda ot yeminin 96%-dən çoxu hazırlanıb

IKT
365

Belarusun kənd təsərrüfatı müəssisələri qış mövsümündə heyvanları yemlə təmin etmək üçün ot yeminin 96%-dən çoxunu hazırlayıb.

Fins.az Belarus Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, bu gün respublikanın bütün kateqoriyalı təsərrüfatlarında 9,5 milyon tondan çox taxıl, o cümlədən kolza biçilib.

Ölkədə qarğıdalı yığımı davam edir. Hazırda 249,9 min hektar sahədə məhsul yığılıb. Fermerlər 2077,9 min ton qarğıdalı 99,5 sentner/ha məhsulla biçmişlər.

Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 1240,7 min hektar sahədə payızlıq şumlama aparılıb ki, bu da nəzərdə tutulan həcmin 82,9 faizini təşkil edir.

Günel Məlikzadə
Fins.az

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Belarusda ot yeminin 96%-dən çoxu hazırlanıb — Fins.az — Fins.az