Azərbaycanda rəqəmsal bazarda rəqabət artır: axtarış sistemlərinin yeni pay bölgüsü

Azərbaycanda rəqəmsal bazarda rəqabət artır: axtarış sistemlərinin yeni pay bölgüsü

IKT
313

2026-cı ilin mart ayında Google Azərbaycanda ən populyar axtarış sistemi olaraq qalmaqda davam edib.

Fins.az "Global Stats" statistika mərkəzinə istinadən xəbər verir ki, şirkətin bazar payı 89,85% təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 0,15 faiz bəndi azalma deməkdir.

Hesabat dövründə Yandex axtarış sisteminin bazar payı da cüzi geriləyərək 0,04 faiz bəndi azalmaqla 1,3% səviyyəsində qərarlaşıb.

Digər tərəfdən, Bing mart ayında müsbət dinamika nümayiş etdirib. Belə ki, platformanın bazar payı 0,15 faiz bəndi artaraq 5,13%-ə çatıb. Eyni zamanda Yahoo da artım göstərərək bazar payını 0,09 faiz bəndi yüksəldib və 1,48%-ə çatdırıb.

Ümumilikdə, statistik göstəricilər Azərbaycanda axtarış sistemləri bazarında Google-un dominant mövqeyinin davam etdiyini, lakin alternativ platformaların da tədricən paylarını artırmağa çalışdığını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda rəqəmsal bazarda rəqabət artır: axtarış sistemlərinin yeni pay bölgüsü — Fins.az — Fins.az