Azərbaycanda internet brauzeri bazarında Firefox və Samsung internet payını artırıb

Azərbaycanda internet brauzeri bazarında Firefox və Samsung internet payını artırıb

IKT
236

Fins.az – 2026-cı ilin iyun ayında Google Chrome Azərbaycanda 80,28 faiz bazar payı ilə ən çox istifadə olunan internet brauzeri olub.

Global Stats Statistika Mərkəzinin məlumatına görə, Google Chromeun bazar payı əvvəlki ayla müqayisədə 0,76 faiz bəndi azalsa da, brauzer ölkə bazarında lider mövqeyini qoruyub.

Hesabat dövründə Safari brauzerinin Azərbaycandakı bazar payı 7,07 faiz təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 1,18 faiz bəndi azalıb.

Siyahıda növbəti yerdə qərarlaşan Firefoxun bazar payı isə 2,45 faiz bəndi artaraq 5,04 faizə yüksəlib.

Məlumata əsasən, Samsung Internet brauzerinin bazar payı 1,16 faiz bəndi artaraq 4,56 faizə çatıb.

Eyni zamanda, Opera brauzerinin bazar payı 0,79 faiz bəndi azalaraq 1,04 faiz təşkil edib.

Hesabatda qeyd olunub ki, Microsoft Edge brauzerinin bazar payı da 0,07 faiz bəndi artaraq 1,51 faizə yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda internet brauzeri bazarında Firefox və Samsung internet payını artırıb — Fins.az — Fins.az