
Azərbaycanda “Google” və “ChatGPT”nin bazar payları məlum olub
Azərbaycanda rəqəmsal platformaların bazar payı ilə bağlı yeni statistika açıqlanıb.
Fins.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayında Google ölkə üzrə 99,59% bazar payı ilə axtarış və internet xidmətləri sahəsində mütləq liderliyini qoruyub.
Bu göstərici fevral ayı ilə müqayisədə 0,02 faiz bəndi artım deməkdir. Belə ki, fevral ayında “Google”un bazar payı 99,57% səviyyəsində olub.
Eyni dövrdə ChatGPT platformasının Azərbaycandakı bazar payı 0,41% təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,02 faiz bəndi azalma deməkdir. Fevral ayında isə “ChatGPT”nin payı 0,43% olub.
Beləliklə, statistik göstəricilər Azərbaycanda rəqəmsal bazarda Google platformasının üstün mövqeyinin davam etdiyini, süni intellekt əsaslı xidmətlərin isə hələlik nisbətən kiçik paya sahib olduğunu göstərir.