Azərbaycanda ən populyar smartfon markaları açıqlanıb  - SİYAHI

Azərbaycanda ən populyar smartfon markaları açıqlanıb  - SİYAHI

IKT
485

Azərbaycanda ən populyar mobil cihaz markaları məlum olub.

Fins.az Global Stats Statistika Mərkəzinə istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayında Samsung smartfonları ölkənin mobil cihazlar bazarında payına görə birinci yeri tutub. Belə ki, bu markanın bazar payı 24,15 faiz təşkil edib.

Cari ilin yanvar ayı ilə müqayisədə Samsung smartfonlarının Azərbaycandakı bazar payı 4,62 faiz bəndi azalıb.

Hesabat dövründə populyar smartfon markaları arasında ikinci yerdə Xiaomi qərarlaşıb. Azərbaycanda bu markadan olan smartfonların bazar payı əvvəlki ayla müqayisədə 3,34 faiz bəndi azalaraq 18,22 faizə enib.

İlk üçlüyü isə Apple tamamlayır. Bu markanın bazar payı ötən ayla müqayisədə 2,15 faiz bəndi artaraq 23,02 faizə çatıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ən populyar smartfon markaları açıqlanıb - SİYAHI — Fins.az — Fins.az