Azərbaycanda ən populyar brauzer açıqlanıb

Azərbaycanda ən populyar brauzer açıqlanıb

IKT
334

2026-cı ilin mart ayında Google Chrome Azərbaycanda ən populyar internet brauzeri olaraq mövqeyini qoruyub saxlayıb.

Fins.az-ın Global Stats statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bununla belə, brauzerin bazar payı əvvəlki ayla müqayisədə 2,2 faiz bəndi azalaraq 66,7%-ə enib.

Hesabat dövründə Safari brauzeri müsbət dinamika nümayiş etdirərək bazar payını 1,44 faiz bəndi artırıb və 17,9%-ə çatdırıb.

Eyni zamanda Microsoft Edge istifadəçilər arasında payını 0,35 faiz bəndi artıraraq 5,79%-ə yüksəldib. Siyahıda növbəti yerləri isə Mozilla Firefox (2,33%), Samsung Internet (2,06%) və Opera (2%) tutur.

Digər tərəfdən, Android Browser bazar payını 0,1 faiz bəndi itirərək 0,3%-ə qədər azaldıb.

Ümumilikdə, statistik göstəricilər Azərbaycanda brauzer bazarında Google Chrome-un liderliyinin davam etdiyini göstərsə də, alternativ brauzerlərin tədricən paylarını artırdığı və rəqabətin gücləndiyi müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ən populyar brauzer açıqlanıb — Fins.az — Fins.az