
Azərbaycanda axtarış sistemlərinin pay bölgüsü açıqlanıb
2026-cı ilin aprel ayında Azərbaycanda axtarış sistemləri bazarında “Google”un üstünlüyü davam edib.
Fins.az xəbər verir ki, “Global Stats” statistika mərkəzinin məlumatına əsasən, “Google”un bazar payı bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlər) 90,02% təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 0,17 faiz bəndi artım deməkdir.
İkinci sırada qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,01 faiz bəndi artaraq 5,14%-ə yüksəlib.
“Yahoo” isə 1,5% bazar payı ilə üçüncü yerdə qərarlaşıb və aylıq müqayisədə 0,02 faiz bəndi artım nümayiş etdirib.
Dördüncü yerdə olan “Yandex”in bazar payı 0,11 faiz bəndi azalaraq 1,19% təşkil edib.
İlk beşliyi tamamlayan “DuckDuckGo” isə 0,04 faiz bəndi azalma ilə 0,71% bazar payına malik olub.