Azərbaycanda aqrar sahədə süni intellekt tətbiqləri genişlənir

Azərbaycanda aqrar sahədə süni intellekt tətbiqləri genişlənir

IKT
268

Bu ilin sonunadək Azərbaycanda aqrar sahədə 33 süni intellekt alətinin hazırlanması planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun üçüncü günündə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi sürətlə genişlənir. Hazırda 13 süni intellekt alətinin istifadəsinə başlanılıb.

İlhamə Qədimova qeyd edib ki, 2026-cı ilin birinci yarısında əlavə 18 süni intellekt alətinin hazırlanması da nəzərdə tutulur.

Nazir müavini vurğulayıb ki, bu texnologiyalar kənd təsərrüfatı sektorunda əmək məhsuldarlığının artırılması və fiziki əməyin yüngülləşdirilməsi baxımından mühüm rol oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda aqrar sahədə süni intellekt tətbiqləri genişlənir — Fins.az — Fins.az