Azərbaycan internet brauzerlərinin bazar payları açıqlanıb - SİYAHI

Azərbaycan internet brauzerlərinin bazar payları açıqlanıb - SİYAHI

IKT
430

2026-cı ilin fevral ayında Azərbaycan bazarında internet brauzerlərinin istifadəçi payları açıqlanıb.

Fins.az Global Stats Statistik Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, “Google Chrome” liderliyini qoruyub və yerli bazardakı payı əvvəlki ayla müqayisədə 2,46 faiz bəndi azalaraq 68,9% təşkil edib.

Eyni müddət ərzində “Safari” brauzerinin bazar payı 16,46% olub ki, bu göstərici 1,69 faiz bəndi artım deməkdir. “Edge” brauzerinin payı 0,81 faiz bəndi artaraq 5,44%-ə yüksəlib.

Siyahıda növbəti pillədə “Firefox” yer alır; brauzerin bazar payı 0,07 faiz bəndi artaraq 2,29% təşkil edib. “Samsung” brauzeri 0,19 faiz bəndi artaraq 2,02%-ə çatıb. “Opera” brauzerinin payı isə 0,09 faiz bəndi azalaraq 1,79% olub.

Qeyd edək ki, “Android” internet brauzerinin payı fevral ayında 0,3 faiz bəndi azalaraq 0,4% təşkil edib. Ümumilikdə, “Google Chrome” liderliyini qorusa da, bazarda digər brauzerlərin paylarında müəyyən dəyişikliklər müşahidə olunub.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan internet brauzerlərinin bazar payları açıqlanıb - SİYAHI — Fins.az — Fins.az